Kompani qəti qərarını verdi: Noyer riskə atılmır!

Kompani qəti qərarını verdi: Noyer riskə atılmır!
13.10.2026 09:00 İdman

“Bavariya”nın baş məşqçisi Vensan Kompani qapıçı Manuel Noyerin UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda Norveçin “Vikinq” klubuna qarşı keçiriləcək matçda iştirak etməyəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisinin çalışdırıcısı qolkiperin son matçda narahatlıq hiss etdiyini bildirib:

“Auqsburq”la matçdan sonra onun diskomfort hiss etdiyini öyrəndik. Bunun nə qədər vaxt aparacağını demək çətindir, amma o, artıq iki gündür məşq etmir. Əsassız riskə getməyin mənası yoxdur. Onun oyundakı iştirak ərizəsinə daxil olub-olmayacağını bilmirəm, amma start heyətində meydana çıxma ehtimalı çox aşağıdır. Vəziyyətə görə baxacağıq”.

Kompani qeyd edib ki, əgər futbolçu 100 faiz hazır deyilsə, klub onun sağlamlığını təhlükəyə atmayacaq.

Xatırladaq ki, Bundesliqanın V turunda “Auqsburq”la qarşılaşmada (2:2) Manuel Noyerin etdiyi kobud səhv nəticəsində rəqib matçın altıncı saniyəsində hesabı açıb ki, bu da liqa tarixinin ən sürətli qollarından biri olub. 

Namiq HUN

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər