İran regiona xəbərdarlıq etdi: 2 trilyon dollarlıq infrastruktur hədəfə çevrilə bilər

İran regiona xəbərdarlıq etdi: 2 trilyon dollarlıq infrastruktur hədəfə çevrilə bilər
13.10.2026 09:36 Dünya

İran rəsmiləri regionda müharibənin yenidən başlayacağı təqdirdə ABŞ və onun müttəfiqlərinə məxsus strateji obyektlərin hədəfə alına biləcəyini açıqlayıblar.

TodayPress TV xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzainin sözlərinə görə, yeni qarşıdurma baş verərsə, regiondakı sualtı kabellər, data-mərkəzləri və süni intellekt infrastrukturu da zərbə təhlükəsi ilə üzləşə bilər.

O bildirib ki, bu obyektlərin ümumi dəyəri təxminən 2 trilyon dollar qiymətləndirilir.

Rəzai Birləşmiş Ərəb Əmirliklərini ABŞ Mərkəzi Komandanlığına neft daşınmasında yardım etməkdə ittiham edib və vurğulayıb ki, ABŞ-nin BƏƏ-də yerləşən qiymətli aktivləri indiyədək hədəfə alınmayıb. Lakin müharibə yenidən başlayarsa, İran daha genişmiqyaslı cavab verə bilər.

İranın müdafiə naziri vəzifəsini icra edən Məcid İbn əl-Rza da silahlı qüvvələrin hazır vəziyyətdə olduğunu vurğulayıb. O, region ölkələrini ABŞ-nin təhlükəsizlik təminatlarına arxalanmaqdan imtina etməyə çağırıb.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Körfəz ölkələrinə xəbərdarlıq edərək onların ərazilərinin ABŞ və ya İsrail tərəfindən İrana qarşı istifadə edilməsinə imkan verməməli olduqlarını bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər