Madriddə qeyri-adi qarşılaşma: “Atletiko” nəhəng rəqibi sınağa çəkir!

Madriddə qeyri-adi qarşılaşma: “Atletiko” nəhəng rəqibi sınağa çəkir!
13.10.2026 09:30 İdman

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda “Mançester Yunayted”ə qarşı keçirəcəkləri oyun öncəsi gözləntilərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Madrid təmsilçisinin çalışdırıcısı rəqibin güclü tərəflərinə diqqət çəkib:

“Sabah meydanın bizim yarımmüqabiləmizdə çox yaxşı pressinq edən və sürətli oyunçuları olan rəqiblə qarşılaşacağıq. Mövsümün startındakı heç-heçələrə baxmayaraq, onlar ötən ilki qədər qol imkanı yaradırlar. Bu, “Mançester”dir, ona görə də oyunu zərər vuracağımızı düşündüyümüz məcraya yönəltməliyik”.

Qeyd edək ki, “Atletiko” - “Mançester Yunayted” qarşılaşması bu gün, oktyabrın 13-də Madriddə baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər