Kərə yağı ehtiyatı 4 dəfə artdı

Kərə yağı ehtiyatı 4 dəfə artdı
13.09.2025 18:00 İqtisadiyyat

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 min 886,4 ton kərə yağı istehsal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 % azdır.

Sentyabrın 1-nə ölkədə 202 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 3,9 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

 TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər