“Zirə” yeni ilin hazırlıqlarına start verir
“Zirə” klubu qış təlim-məşq toplanışını iki fərqli məkanda təşkil edəcək.
TodayPress TV xəbər verir ki, yanvarın 3-də Bakıda bir araya gələcək qəsəbə təmsilçisinin ilk bir həftəlik hazırlıq mərhələsi paytaxtda keçiriləcək.
“Qartallar”ın qış toplanışının ikinci mərhələsi isə yanvarın 10–17-si tarixlərində Türkiyənin Antalya şəhərində baş tutacaq.
Qeyd edək ki, “Zirə” Antalya təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyunu keçirməyi planlaşdırır.
Namiq HUN