Dörd rusiyalı diplomat arzuolunmaz şəxs elan edildi

Dörd rusiyalı diplomat arzuolunmaz şəxs elan edildi
23.10.2026 16:25 Dünya

Avstriya dörd rusiyalı diplomatı arzuolunmaz şəxs elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Reuters agentliyi Avstriyanın Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Vyanada fəaliyyət göstərən dörd rusiyalı diplomat diplomatik statuslarına uyğun olmayan hərəkətlərinə görə arzuolunmaz şəxs elan edilib. Onların ölkədən çıxarılması gözlənilir.

Qeyd edək ki, Avstriya may ayında da bir sıra rusiyalı diplomatları arzuolunmaz şəxs elan edib. Avqust ayında isə Rusiyanın xarici işlər nazirinin müavini Dmitri Lyubinski Moskva ilə Vyana arasında münasibətlərin faktiki olaraq ən aşağı səviyyədə dondurulduğunu bildirib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər