Koreyada internet kəsildi, səfirliklər mühasirəyə alındı - Ordu əmr gözləyir

Koreyada internet kəsildi, səfirliklər mühasirəyə alındı - Ordu əmr gözləyir
23.10.2026 15:28 Dünya

Şimali Koreya lideri Kim Çen Inın öldüyü və onun bacısı Kim Yo Conun hakimiyyəti ələ keçirdiyi barədə iddialar yayılıb. Məlumatlarda ölkədə mümkün hakimiyyət dəyişikliyi fonunda internetə çıxışın məhdudlaşdırıldığı və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi irəli sürülür.

TodayPress TV xarici KİV-lərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Kim Yo Conun hakimiyyətə nəzarəti təmin etmək məqsədilə fövqəladə tədbirlərin görülməsi barədə göstəriş verdiyi iddia olunur. Həmçinin Pxenyandakı diplomatik nümayəndəliklərin ətrafında hərbi nəzarətin gücləndirildiyi və dövlət internet resurslarının fəaliyyətində problemlər yarandığı bildirilir.

Sosial şəbəkələrdə Kim Yo Conun əvvəlki və yeni fotoşəkilləri arasındakı fərqlər də müzakirə olunur. Bəzi paylaşımlarda onun döş nişanlarında dəyişikliklərin mümkün hakimiyyət dəyişikliyinə hazırlıqla əlaqəli ola biləcəyi irəli sürülür. Lakin bu iddiaları təsdiqləyən etibarlı sübut təqdim edilməyib.

Kim Çen Inın vəfat etməsi təsdiqlənəcəyi təqdirdə Şimali Koreyada hakimiyyətin gələcəyi və Kim Yo Conun mümkün rolu beynəlxalq diqqət mərkəzində olacaq. Bununla belə, hazırda liderin öldüyü, bacısının hakimiyyəti tam ələ keçirdiyi və ya ölkədə hərbi vəziyyət elan olunduğu barədə iddiaları təsdiqləyən etibarlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Şimali Koreyada baş verən hadisələrlə bağlı məlumatların müstəqil şəkildə yoxlanılması ölkənin qapalı informasiya mühiti səbəbindən çətindir. Rəsmi açıqlamalar və etibarlı beynəlxalq mənbələrdən təsdiq alınana qədər yayılan məlumatlara ehtiyatla yanaşılmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər