11 döyüş, 11 qələbə: Asəf Çopurov indi də UFC-ni fəth etməyə başlayır!

11 döyüş, 11 qələbə: Asəf Çopurov indi də UFC-ni fəth etməyə başlayır!
23.10.2026 12:10 İdman

Azərbaycanəsilli rusiyalı döyüşçü Asəf Çopurov oktyabrın 24-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində ilk döyüşünə çıxacaq.

TodayPress TV xəbər verir ki, yüngül çəki dərəcəsində mübarizə aparacaq 24 yaşlı idmançımızın rəqibi avstraliyalı Kolbi Tikness olacaq.

Qeyd edək ki, Asəf Çopurov peşəkar qarışıq döyüş növləri (MMA) karyerasında əla göstəriciyə malikdir. O, keçirdiyi 11 döyüşün hamısında qələbə qazanıb. Onun rəqibi Kolbi Tikness isə peşəkar karyerasında 9 qələbə qazanıb, 1 dəfə məğlub olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər