İngilis nəhəngi favorit oldu: “Arsenal” Avropanı fəth etməyə ən yaxın namizəddir!
“Opta” superkompüteri Liqa mərhələsinin III turundan sonra UEFA Çempionlar Liqası klublarının qalib olmaq şanslarını yeniləyib.
TodayPress TV “Opta Analyst”ə istinadən xəbər verir ki, proqnozlara əsasən, turnirin əsas favoriti İngiltərənin “Arsenal” klubu seçilib.
“Topçular”ın turnirdə qələbə qazanmaq şansı 20,56% qiymətləndirilir.
Siyahıda digər liderlər aşağıdakı kimi sıralanıb:
“Bavariya” (Almaniya) – 15,41%
“Mançester Siti” (İngiltərə) – 13%
“Barselona” (İspaniya) – 11,39%
“Paris Sen-Jermen” (Fransa) – 10,1%
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlinə hazırda 3 oyuna 9 xal toplamış PSJ klubu başçılıq edir.
Namiq HUN