Qara dənizdə Azərbaycan və Ukrayna vətəndaşlarının olduğu gəmi batdı - VİDEO
Rumıniyanın Konstansa şəhərindən təxminən 24 kilometr aralıda “Khoryv” adlı ticarət gəmisi qəzaya uğrayıb. Hadisə nəticəsində bir dənizçi ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.
TodayPress TV Rumıniya KİV-nə istinadən xəbər verir ki, gəmidə ümumilikdə 13 nəfər olub. Onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır.
Rumıniya Dəniz Administrasiyasının məlumatına görə, qəza ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı başladılıb. Əlverişsiz hava şəraiti və məhdud görünüş xilasetmə işlərini çətinləşdirir.
Hazırda itkin düşən üç dənizçinin axtarışları davam etdirilir. Hadisənin başvermə səbəbləri ilə bağlı rəsmi araşdırmanın nəticələri açıqlanmayıb.