Peskovdan Aİ-yə mesaj: Əbu-Dabi danışıqları üçtərəfli olacaq

Peskovdan Aİ-yə mesaj: Əbu-Dabi danışıqları üçtərəfli olacaq
23.10.2026 16:37 Dünya

Noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov oktyabrın 23-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, danışıqlarda təhlükəsizlik məsələləri müzakirə olunacaq.

O, Avropa İttifaqının mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən görüşün üçtərəfli formatda keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl, oktyabrın 21-də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüş zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı təklifləri əks etdirən sənədlər təqdim olunub.

Putin görüşdən sonra Rusiyanın noyabrın son həftəsində ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, danışıqların məqsədi müvəqqəti atəşkəs deyil, yekun sülh sazişinin əldə olunması və sazişdən sonra Rusiya ilə Ukraynanın təhlükəsizliyinin təmin edilməsidir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər