Yeni icraçı direktor kollektivə təqdim edildi - FOTOLAR

Yeni icraçı direktor kollektivə təqdim edildi - FOTOLAR
23.10.2026 16:20 Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” Qapalı Səhmdar Cəmiyyətinin icraçı direktoru Arif Mərdanov kollektivə təqdim edilib.

TodayPress TV bu barədə QSC-yə istinadən xəbər verir.

Təqdimat “İri Şəhərlərin Su Təchizatı” QSC-nin Müşahidə Şurasının sədri Xəyyam Məmmədov, üzvü Etibar Məmmədovun iştirakı ilə keçirilib.

Təqdimatdan sonra QSC-nin qarşısında duran prioritet məsələlər, növbəti dövrlər üçün müəyyən edilmiş hədəflər, su təchizatı, tullantı və yağış sularının səmərəli şəkildə idarə olunması sahəsində xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə edilib. Həmçinin qarşıya qoyulan vəzifələrin icrası, fəaliyyətin effektivliyinin artırılması və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV 

FOTOLAR

Yeni icraçı direktor kollektivə təqdim edildi - FOTOLAR — 1
Yeni icraçı direktor kollektivə təqdim edildi - FOTOLAR — 2
Yeni icraçı direktor kollektivə təqdim edildi - FOTOLAR — 3
XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər