Şimali Koreya yeni qadın liderinə qovuşur - haqqında nələr bilinir?
Şimali Koreya lideri Kim Çen Inın beyin qanaması nəticəsində öldüyü və bacısı Kim Yo Conqun ölkədə hakimiyyəti ələ aldığı iddia edilir.
TodayPress TV xəbər verir ki, iddialara görə, Kim Yo Conq Şimali Koreyada hakimiyyətə gələcəyi təqdirdə ölkədə avtoritar idarəçiliyin daha da sərtləşməsi ehtimalı var.
Məlumata görə, Kim Yo Conq və Kim Çen In 1996–2000-ci illərdə İsveçrədə təhsil alıblar. Həmin dövrdə Kim Yo Conqun Park Mi-hyanq adından istifadə etdiyi, müəllim və sinif yoldaşlarına qarşı kobud davrandığı, kiçik heyvanlara əzab verməkdən zövq aldığı irəli sürülür. Eyni məlumatda Kim Çen Inın isə nəzakətli, sakit və təmkinli biri kimi tanındığı bildirilir.
Qeyd edək ki, Kim Yo Conq son illərdə Şimali Koreyanın siyasi sistemində mühüm rol oynayıb. Onun sərt siyasi bəyanatları və xarici siyasətlə bağlı mövqeyi Koreya yarımadasında və Asiya-Sakit okean regionunda gərginliklə bağlı müzakirələrə səbəb olub.
İddialara görə, Kim Yo Conqun hakimiyyətə gəlməsi Şimali Koreya əhalisinin vəziyyətini daha da ağırlaşdıra, regionda təhlükəsizlik risklərini artıra bilər.
Həmçinin, Şimali Koreyada Kim ailəsinin hakimiyyətinə son qoyulması, Çinin Pxenyan üzərindəki təsirinin aradan qaldırılması və ölkədə sistemli dəyişikliklərin həyata keçirilməsi çağırışları da yayılıb.
Jalə Rövşən