Maks Ferstappen haqqında mübahisəli sözlər və Şarl Leklerin sərt reaksiyası!

Maks Ferstappen haqqında mübahisəli sözlər və Şarl Leklerin sərt reaksiyası!
23.10.2026 11:45 İdman

“Ferrari”nin pilotu Şarl Lekler “Red Bull” sürücüsü İsak Hacarın Maks Ferstappenin İtaliya komandası ilə Sinqapur Qran-prisində böyük üstünlüklə qalib gələ biləcəyi barədə səsləndirdiyi iddialarına sərt reaksiya verib.

TodayPress TV xəbər verir ki, Lekler “Motorsport” nəşrinə açıqlamasında həmkarının fikirləri ilə razılaşmadığını bildirib: 

“Hər şeydən əvvəl, mən belə bəyanatları tamamilə cəfəngiyyat hesab edirəm. İsak bizim necə maşın sürdüyümüz haqqında heç bir təsəvvürə malik deyil, mən də onun hansı bolid sürdüyünü bilmirəm”.

Xatırladaq ki, oktyabrın 11-də baş tutan Sinqapur Qran-prisində “Marina Bey” trasında inamlı qələbə qazanan niderlandlı pilot İsak Hacarın bu açıqlamasına məruz qalıb. Ferstappen həmin yarışda Şarl Lekleri 7,3 saniyə qabaqlayaraq finişə birinci çatıb.


Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər