Cenevrədə unudulmaz gecə: Sten Vavrinka tennisə əfsanəvi adlarla əlvida deyir!
Üçqat “Böyük Dəbilqə” çempionu, karyerası ərzində 16 ATP titulu qazanmış və dünyanın sabiq üçüncü raketkası Sten Vavrinka peşəkar karyerasını başa vurması ilə əlaqədar təşkil olunacaq xüsusi sərgi turnirinin əsas məqsədindən danışıb.
TodayPress TV xəbər verir ki, o, “L’Equipe” nəşrinə açıqlamasında bu tədbirin təkcə idmanla vidalaşmaq deyil, həm də köhnə dostları yenidən kortda bir araya gətirmək üçün fürsət olduğunu bildirib:
“Əlbəttə, bu, sərgi matçıdır - bununla hər şey daha asandır. Onu keçirməyə qərar verdiyim andan etibarən əsas ideya vidalaşma mərasimini daha yüngül formatda qeyd etmək, həm də dostlarımı bir araya toplamaq idi.
Dostlar da kim gəldi deyil. Rocer Federer “hə” dedi. Qael Monfis dərhal razılaşdı. Endi Маррей də iştirak edəcəyini təsdiqlədi. Bazeldə hər şey gözəl olsa da, kifayət qədər ağır keçəcək, çünki bu, çoxlu emosiyalar yaradır...”
Xatırladaq ki, isveçrəli tennisçi karyerasını Bazeldə keçirilən “500-lük” kateqoriyalı turnirdən sonra başa vuracaq. Onunla vidalaşma gecəsi isə dekabrın 19-da Cenevrədə baş tutacaq.
Namiq HUN