Arzuların gerçəkləşdiyi an: Lionel Messi futbol yolunun ən möhtəşəm anını açıqladı!

Arzuların gerçəkləşdiyi an: Lionel Messi futbol yolunun ən möhtəşəm anını açıqladı!
23.10.2026 14:42 İdman

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi bildirib ki, 2022-ci il dünya çempionatında qazanılan qələbə onun peşəkar karyerasının zirvəsi və ən kulminasiya nöqtəsidir.

TodayPress TV xəbər verir ki, “The Touchline” nəşrinə açıqlama verən ulduz futbolçu bu barədə deyib: 

“Dünya çempionatında qələbə qazanmaq karyeramın kulminasiya nöqtəsidir. Bu, mənim üçün sadəcə arzulardan da böyük bir şey idi. Turnirin finalında Fransa millisinin qapısına vurduğum qollar matçın əhəmiyyətinə və mənasını daşıdıqlarına görə karyeramın ən önəmli qolları oldu”.

DÇ-2026-da Cənubi Amerika komandası finala qədər irəliləsə də, İspaniyaya məğlub olub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 OKTYABR 2026
Bütün Xəbərlər