Bakı gənc futbolçuların qlobal səhnəsinə çevrilir: Arsen Vengerdən unikal dəyərləndirmə!
FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Venger qurumun rəsmi saytına müsahibəsində Bakıda təşkil olunacaq dünya çempionatı haqqında fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, istedadlı oyunçuların dünyanın hər yerində mövcud olduğunu, lakin gənc futbolçuların beynəlxalq səviyyədə özlərini sınamaq imkanlarının hamı üçün eyni səviyyədə olmadığını qeyd edib.
Venger bildirib ki, futbol xüsusilə gənclər səviyyəsində dünyanı birləşdirən qüdrətli vasitədir:
“Müxtəlif ölkələrdən olan gənc oyunçuların bir araya gəlməsi onlara əvəzsiz təcrübə qazandırmaqla yanaşı, milli assosiasiyaları da gənclərin inkişafına daha çox sərmayə qoymağa sövq edir”.
Onun sözlərinə görə, qarşıdakı turnirin əsas məqsədi gənc futbolçulara beynəlxalq yarışlarda iştirak etmək, fərqli oyun üslubları və futbol mədəniyyətləri ilə tanış olmaq, həmçinin sağlam rəqabət şəraitində öyrənərək inkişaf etmək imkanı yaratmaqdır.
Namiq HUN