Zəif nəticələr qərarı dəyişdi: Baxşıyev göndərildi

Zəif nəticələr qərarı dəyişdi: Baxşıyev göndərildi
23.12.2025 16:51 İdman

“Araz-Naxçıvan” klubu baş məşqçi Elmar Baxşıyevlə bağlı qərarını verib.

TodayPress TV xəbər verir ki, Naxçıvan təmsilçisinin rəhbərliyi mütəxəssislə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Bu qərara komandanın cari mövsümün birinci yarısında göstərdiyi zəif nəticələr səbəb olub. Klubla təcrübəli mütəxəssis arasında mövcud müqaviləyə xitam verilib.

Qeyd edək ki, Elmar Baxşıyevin “Araz-Naxçıvan”la müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər