Yokiç NBA tarixində unikal rekorda imza atdı
İdman
26.12.2025 12:27
“Denver Naggets” klubunun mərkəz oyunçusu Nikola Yokiç ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) tarixində 55 və daha çox xalla bir neçə tripl-dabl edən ilk basketbolçu olub.
TodayPress TV xəbər verir ki, bu barədə Polymarket məlumat yayıb.
Bu göstərici serbiyalı basketbolçuya NBA-nın müntəzəm mövsümündə “Minnesota Timbervulvz”la oyunda nəsib olub.
Denverdəki “Ball Arena”da baş tutan matç meydan sahiblərinin overtaymda 142:138 hesablı qələbəsi ilə yekunlaşıb.
Nikola Yokiç qarşılaşmanın ən məhsuldar oyunçusu olub və tripl-dabl qeydə alıb - 56 xal, 16 ribaund və 15 məhsuldar ötürmə. Bununla da o, 55 və daha çox xalla növbəti tripl-dablını rəsmiləşdirib ki, bu da NBA tarixində indiyədək heç bir oyunçuya nəsib olmayıb.
Namiq HUN
tag: Nikola Yokiç,NBA,Basketbol,Rekord,Todaypress.tv,
