Ulduz futbolçuya şok qərar: Mbappe PSJ-yə ödəniş etməli olacaq
Paris şəhərinin Apelyasiya Məhkəməsi “Real Madrid”in hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə 60 min avro ödənilməsi barədə qərar qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Bildirilir ki, sözügedən məbləğ 2025-ci ildə Fransa təmsilçisinin bank hesablarının bloklanması səbəbindən dəymiş maliyyə zərərinin kompensasiyası kimi müəyyənləşdirilib. PSJ-nin mənəvi və nüfuzuna dəymiş zərər üzrə tələbləri isə məhkəmə tərəfindən rədd edilib.
Xatırladaq ki, 2024-cü ilin avqustunda “Real Madrid”ə keçdikdən sonra fransalı ulduz ödənilməmiş bonuslar və maaş borclarına görə PSJ-yə qarşı 60 milyon avroluq iddia qaldırmışdı. Məhkəmə çəkişmələri fonunda futbolçunun vəkilləri klubun bank hesablarına müvəqqəti həbs qoydurmuşdu. 2025-ci ilin mayında bu tədbir ləğv edilsə də, dekabrda Əmək Məhkəməsi PSJ-nin Mbappeyə təxminən 61 milyon avro ödəməsinə dair qərar çıxarmışdı.
Qeyd edək ki, 2024-cü ildən “Real”da çıxış edən Kilian Mbappe 2026/2027-ci illər mövsümündə bütün turnirlərdə keçirdiyi 7 oyunda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN