Etilen-Polietilen Zavoduna mediatur təşkil olundu

Etilen-Polietilen Zavoduna mediatur təşkil olundu
16.09.2026 13:24 Sosial

20 Sentyabr – Neftçilər Günü ərəfəsində SOCAR-ın Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media tur təşkil olunub.

TodayPress TV xəbər verir ki, otuzdan çox media qurumundan nümayəndənin iştirak etdiyi media turda əvvəlcə zavodun fəaliyyəti, istehsal gücü, ötən illər ərzində burada həyata keçirilmiş modernizasiya layihələri barədə iştirakçılara ətraflı məlumat verilib.

Bildirilib ki, zavodda Etilen, Polietilen, eləcə də Buxar və Elektrik Enerjisi İstehsalatı (BEEİ) fəaliyyət göstərir. Rekonstruksiya və modernizasiya işlərindən sonra Etilen İstehsalatının illik layihə gücü etilen üzrə 190 min tona, propilen üzrə isə 187 min tona çatdırılıb. 2001-ci ildə istismara verilmiş BEEİ zavodun istehsalat sahələrinin buxar və elektrik enerjisi ilə təmin olunmasına xidmət edir

Daha sonra media təmsilçiləri zavodun istehsalat sahələri ilə tanış olublar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər