“Atletiko” ilə derbi öncəsi böyük üstünlük: Mourinyo Madridə rekordla qayıtdı

“Atletiko” ilə derbi öncəsi böyük üstünlük: Mourinyo Madridə rekordla qayıtdı
16.09.2026 14:55 İdman

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo La Liqada ilk altı oyundan sonra “Kral klubu”nun sükanı arxasında özünün ən yaxşı mövsüm startını gerçəkləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Squawka Dugout” analitik platforması məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin Madrid təmsilçisini çalışdırdığı mövsümlərdə ilk 6 turdan sonra topladığı xallar:

2026/2027 mövsümü: 15 xal

2010/2011 mövsümü: 14 xal

2011/2012 mövsümü: 13 xal

2012/2013 mövsümü: 10 xal

Qeyd edək ki, “Real Madrid” 2026/2027-ci illər mövsümündə keçirdiyi 6 matçdan sonra 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. İlk sırada 5 oyuna 15 xal toplayan “Barselona” yer alır. “Kral klubu” La Liqanın növbəti turunda, sentyabrın 20-də “Atletiko Madrid”lə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər