“Qəbələ”də yeni dövr: Çempion məşqçi komandanın sükanı arxasında

“Qəbələ”də yeni dövr: Çempion məşqçi komandanın sükanı arxasında
16.09.2026 13:51 İdman

“Qəbələ” futbol klubunun yeni baş məşqçisi mütəxəssis Yeton Bekiri olub.

TodayPress TV xəbər verir ki, “qırmızı-qaralar” 44 yaşlı mütəxəssislə “1+2” illik müqavilə imzalayıb.

Şimali makedoniyalı çalışdırıcının son iş yeri ölkəsinin “Şkendiya” klubu olub. Bekiri 2024-2025-ci illər mövsümündə bu komanda ilə Şimali Makedoniya çempionu adını qazanıb.

Təcrübəli mütəxəssis karyerası ərzində “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarını çalışdırıb. O, həmçinin Səudiyyə Ərəbistanının “Əl Cabalayn” klubunda idman direktoru vəzifəsində yer alıb.

Qeyd edək ki, Yeton Bekiri “Qəbələ”dəki fəaliyyətinə sentyabrın 20-dən etibarən başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər