Tiktoker "Əhdi" və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan "Əhdi Parfum" ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıb.
TodayPress TV xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.