"Özümüzü heç vaxt indiki kimi müdafiə etməmişdik" - Avropa nəyə hazırlaşır?

"Özümüzü heç vaxt indiki kimi müdafiə etməmişdik" - Avropa nəyə hazırlaşır?
16.09.2026 12:45 Dünya

Avropa İttifaqına üzv ölkələr son beş ildə müdafiə xərclərini təxminən 80 faiz artırıblar.

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa Parlamentində proqram xarakterli çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müdafiənin maliyyələşdirilməsindəki bu əhəmiyyətli dəyişiklik Avropaya “təhlükəsizliyin təmin edilməsinə yanaşmasını köklü şəkildə yenidən nəzərdən keçirməyə” imkan verib və hazırda Avropa “özünü heç vaxt olmadığı qədər yaxşı müdafiə etmək iqtidarındadır”.

Bununla belə, Avropa Komissiyasının sədri etiraf edib ki, təhlükəsizlik məsələlərində Avropa hələ də ABŞ-dən ciddi şəkildə asılıdır. Xüsusilə havada yanacaq doldurma və strateji hava daşımaları kimi hərbi əməliyyatların həyata keçirilməsi üçün kritik əhəmiyyət daşıyan imkanlar sahəsində bu asılılıq qalmaqdadır.

“Euractiv”in xatırlatdığına görə, ötən il fon der Lyayenin proqram xarakterli çıxışında bu strateji imkanlar Aİ-nin 2030-cu ilədək özünü müdafiə edə bilməsi üçün aradan qaldırmalı olduğu doqquz müdafiə imkanları boşluğunun siyahısına daxil edilmişdi.

“Yalnız birlikdə Avropa bunları təmin etmək üçün kifayət qədər imkanlara malikdir”, – fon der Lyayen builki çıxışında vurğulayıb.

O, təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə yeni ümumavropa strateji mexanizminin yaradılacağını da açıqlayıb. Lakin təşəbbüsün təfərrüatlarını açıqlamayıb.

Avropa Komissiyasının sədri yalnız yeni mexanizmin hava hücumundan və raket əleyhinə müdafiə, strateji nəqliyyat, havada yanacaq doldurma, kosmik və kiberməkan imkanlarını əhatə edəcəyini bildirib.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər