Championluq yolunda böyük əngəl: “Red Bull” ciddi vaxt itkisini təsdiqlədi
“Red Bull” komandasının rəhbəri Loran Mekis pilot Maks Ferstappenin giley-güzar etdiyi “RB22” bolidinin texniki göstəriciləri ilə bağlı ciddi problemin olduğunu və bunun nəticəsində niderlandlı sürücünün dövrə ərzində vaxt itirdiyini təsdiqləyib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Racingnews365” nəşrinə açıqlama verib.
Komanda rəhbəri problemin tam mahiyyətini açıqlamasa da, Ferstappenin haqlı olduğunu bildirib:
“Problemin dəqiq nə olduğunu və onu necə həll edəcəyimizi izah etməyəcəyik. Amma Maks haqlıdır. Sessiya və yarış ərzində maşının göstəricilərinin pisləşməsi ilə bağlı müəyyən bir məqam var. O bunda da haqlıdır ki, bu yeni problem deyil. Biz buna göz yumuruq. Problemi müxtəlif yollarla həll etməyə çalışmışıq. Aydın məsələdir ki, bu çətin problemdir, əks halda kökünə çata bilərdik.
Madriddə bu istiqamətdə bir neçə müsbət addım atdıq. Onlar tam mənzərəni verməsə də, bu çətinliklər sayəsində məsələni anlamaqda irəliləyiş əldə etdik. Hələlik bolidə tətbiq edilə biləcək bütün həll yollarına sahib deyilik. Bu tez bir zamanda həll olunmayacaq. Çox guman ki, bu problem üzərində iş gələn il də davam edəcək. Söhbət maşının bəzən optimal səviyyədə qalmayan xüsusiyyətindən gedir. Bu, dövrə ərzində ciddi vaxt itkisidir”.
Namiq HUN