Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...

Bu tarixdə Ermənistan Azərbaycanın olacaqdı...
16.09.2026 14:15 Sosial

Ermənistanda fəaliyyət göstərən bir memar var - Vruyr Qoçaryan. Arada-sırada Feysbuk və İnstaqram səhifələrində memarlıq abidələrinin şəkillərini paylaşmaqla ün qazanıb. Amma görünür, Ermənistanda getdikcə aktivləşən siyasi prosesləri görüb, o da bu sahəyə öz töhfəsini vermək fikrinə düşüb.

Elə bu məqsədlə də 2 gün əvvəl Feysbuk səhifəsində “Hamımız Qarabağ hərəkatına borcluyuq” sərlövhəli bir status paylaşıb. Yəni bir növ, məşhur lətifədə deyildiyi kimi, “təndiri isti görüb bir əppək də mən yapım” deyib. Yapdığı əppək də nə olsa yaxşıdır? Erməni memar Ermənistanda və Qarabağda etnik təmizləmə cinayətini törədən “Qarabağ hərəkatı”na təşəkkür edərək yazıb:

“Təsəvvür edin, əgər “Qarabağ hərəkatı” olmasaydı, bu gün Ermənistanda təxminən 1 milyon azərbaycanlı yaşayardı və parlamentdəki yerlərin təxminən 30%-i onlara məxsus olardı. Onların demoqrafik tempini nəzərə alsaq, 2070-ci ildən sonra onların ölkəmizdə çoxluq təşkil etmələri də mümkündür”.

Onun fikrincə, əgər Qarabağ hərəkatının Ermənistan Respublikasında fiziki iştirakı olmasaydı, təxminən 100 ildən sonra Ermənistanın 100%-i Azərbaycan torpağına çevrilə bilərdi.

“Qarabağ hərəkatı”na və onun iştirakçılarına təşəkkür edirəm. Onların sayəsində nəslimiz düzgün addımlar atıb inkişaf etsə, Ermənistan Respublikasının gələcəyini xilas etmək və islamlaşma yollarını bağlamaq imkanına malikik”, - erməni memar fikirlərini bu sözlərlə yekunlaşdırıb.

Petrosyan da döşünə döyüb deyirdi ki...

Sözsüz ki, bu fikirlər yalnız Vruyr Qoçaryan adlı bir memara aid olsaydı, o sərsəmləmələri günvurmanın nəticəsi saya bilərdik. Dərd burasındadır ki, etnik təmizləmə kimi beynəlxalq cinayətin etirafı olan bu sərsəmləmə təkcə Vruyr Qoçaryan adlı bir memara da aid deyil. Ermənistanın ilk prezidenti və müasir erməni xalqının ən praqmatik, fərqliliklərə tolerant yanaşması ilə seçilən Levon Ter-Petrosyan da hələ 33 il əvvəl - 23-24 iyul 1993-cü il tarixlərində keçirilən "Yerkrapah" könüllülər təşkilatının iclasında çıxış edərkən bənzər fikirlər səsləndirmişdi. Ötən il videosu yayılan həmin çıxışında Ter-Petrosyan eynən Vruyr Qoçaryan kimi döşünə döyərək bildirirdi:

“Ermənistan və Dağlıq Qarabağ “hökumətləri” erməni xalqının 600 ildən çoxdur həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Dağlıq Qarabağ tamamilə xarici millətlərdən təmizləndi. Təkrar edirəm, bu, 600 illik bir problemdir. Bunun əhəmiyyətini erməni xalqı ən azı daha 600 il hiss edəcək. Təsəvvür edin ki, hazırda Ermənistanda 1988-ci ildə olduğu kimi 180.000 xarici millətin nümayəndəsi olsaydı, indiki dövlətimiz olmazdı. Zəngəzuru, şimal-şərq bölgələrimizi və ya Sevan gölünün sahillərini müdafiə edə bilməzdik. Hətta burada da bir neçə muxtar vilayət meydana çıxardı. Unutmayın ki, üç rayonda - Vardenis, Masis və Amasiyada - azərbaycanlılar çoxluq təşkil edirdilər. Zəngəzurda da onların sayı həddindən artıq çox idi. İndi bu problem həll olunub".

Ucuz qəhrəmanlıq...

Sinələrinə döyə-döyə bəhs etdikləri erməni qəhrəmanlığı isə nədən ibarət idi, hamımız yaxşı bilirik: əliqanlı rus-sovet ordusunun əliyalın Qarabağ kəndlərində apardığı soyqırım əməliyyatlarından sonra Azərbaycan xalqına məxsus evlərə soxulmaq və orada məskunlaşmaq.

Əlbəttə ki, bu ucuz qəhrəmanlığın ömrü uzun ola bilməzdi və olmadı da. Azərbaycan xalqı müstəqilliyini qazandığı 30 il ərzində özünün möhtəşəm Ordusunu qurdu və erməni təcavüzkarları ilə yanaşı, onların himayədarlarını da Qarabağ torpaqlarından çıxardı - İlham Əliyevin təbirincə desək, “iti qovan kimi qovdu”. Üstəlik, təkcə öz torpaqlarını işğaldan azad etmədi, özü ilə bərabər hələ də aldığı ağır məğlubiyyətdən ibarət dərsi ala bilməyən Ermənistanı da rus işğalından xilas olmasına münbit şərait yaratdı. Hazırda erməni xalqı puç olmuş təhlükəsizlik ümidləri fonunda Moskvaya qarşı mübarizə aparır. Azərbaycan isə onu yanacaq və yeyəcək təchiz etməklə dəstəkləyir. Əvəzində isə nankor ermənilər hələ də bizim kölgəmizi qılınclamaqla məşğuldurlar.

Amma bu da dərd deyil. Qaya nə qədər uca və möhkəm olsa, onu yalaya-yalaya tozunu aparan küləklər bir o qədər çox olar. Allah bizə uca olmağı və tozumuzun küləklərlə sovrulması taleyini nəsib edib. Biz də bu iltifatına görə heç bir zaman naşükürlük etməmişik və bundan sonra da etməyəcəyik.

Ərməniyyəyə doğru istiqamət

Bununla belə, bədxah qonşularımıza unutduqları bir şeyi xatırlatmaq istərdim. Dünyada baş verən proseslərin axarını dəyişmək insan oğlunun əlində deyil. Elə olsaydı, şumerlər, akkadlar, kölgəsinə sığınıb öz tarixinizə pərçim etməyə çalışdığınız urartulular heç bir zaman dağılmaz, türk atlarının ayaq səsləri indiyə qədər dünyanı lərzəyə gətirərdi. Nə yazıq ki və bəlkə də nə yaxşı ki, dünyada heç nə əbədi deyil və fələyin çərxi bizi öz istəyimizdən asılı olmayaraq Allahın müəyyənləşdirdiyi mənzilə doğru aparır. Üzülməyəsiniz deyə, çox açıb-ağartmaq da istəmirəm. Amma bunu biləsiniz ki, tarixin dəyişdirilməsi mümkün olmayan axarı Ermənistanı tədricən yenidən Ərməniyəyə çevirmək istiqamətinə doğru irəliləyir. Hətta biz və ya siz istəməsiniz də belə, labüdlüyündən qaçmağa çalışdığınız 50-100 il ərzində 2 milyonluq ermənilərin 100 milyonlarla ölçülən türk xalqlarının arasında əriməyə məhkum edəcək. Bu, sizin qaçılmaz taleyinizdir. Barı özünüzü elə aparın ki, sabah “Akbercan” deyə-deyə ayağımızdan yapışıb imdad diləməyə üzünüz olsun!

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər