18 yaşlı istedad nəhəngləri qarşı-qarşıya qoydu: Paris və London klubları hərəkətə keçdi

18 yaşlı istedad nəhəngləri qarşı-qarşıya qoydu: Paris və London klubları hərəkətə keçdi
16.09.2026 12:48 İdman

“Pari Sen-Jermen” klubu növbəti transfer pəncərəsi ərəfəsində “Liverpul”un 18 yaşlı vingeri Rio Nqumoanı yaxından izləyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Les Transferts" nəşri məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisi ingilis futbolunun ən böyük ümidlərindən biri hesab edilən gənc hücumçu üçün hərəkətə keçməyi planlaşdırır. Lakin PSJ-nin bu niyyətinə London “Arsenal”ı mane ola bilər. “Topçular” da gənc istedadı öz heyətinə qatmaqda maraqlıdır.

“Liverpul” isə öz növbəsində Nqumoanı komandada saxlamaq niyyətindədir. Məlumata görə, mersisaydlılar yaxın vaxtlarda 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçu ilə yeni sözləşmə imzalamağa çalışacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər