Futbolda mənəviyyatsızlıq cəzasız qalmadı: Azarkeşlərin hərəkəti klubu yandırdı
Səudiyyə Ərəbistanı Futbol Federasiyası həlak olmuş portuqaliyalı futbolçu Dioqu Jotanın soyadını təhqiramiz şəkildə qışqıran azarkeşlərinə görə “Əl-Taavun” klubunu sərt şəkildə cəzalandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Goal.com" nəşri məlumat yayıb.
Hadisə Səudiyyə Ərəbistanı Pro-Liqasının VII turunda “Əl-Hilal”a 0:6 hesabı ilə məğlub olduqları ev matçında baş verib. “Əl-Taavun” azarkeşləri rəqib komandanın portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveşi təxribata çəkmək məqsədilə onun mərhum həmyerlisi Dioqu Jotanın soyadını səsələndiriblər.
Disiplinar Komitə bu hərəkətə görə kluba 100 min rial (təxminən 23 110 avro) məbləğində cərimə tətbiq edib. Bundan əlavə, “Əl-Taavun” növbəti 2 ev oyununu azarkeşsiz keçirməli olacaq.
Namiq HUN