Gürcüstan DTX-nin yeni rəhbəri vəzifəsinə təsdiqləndi
Gürcüstan parlamenti Tamaz Boraşvilini ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təsdiqləyib.
TodayPress TV xəbər verir ki, 83 deputat onun namizədliyinin leyhinə səs verib.
Gürcüstan qanunvericiliyinə əsasən, DTX rəhbəri 6 illik müddətə təyin edilir.
Qeyd edək ki, Tamaz Boraşvili uzun illər DTX-nin Dövlət təhlükəsizliyi Departamentinin direktoru vəzifəsində çalışıb, 2025-ci ilin sentyabrından DTX rəhbərinin müavini postunu tutub.
Xatırladaq ki, Gürcüstan DTX-nin keçmiş rəhbəri Geka Geladze sentyabrın 14-də istefa verib. O, daxili işlər nazirinin müavini vəzifəsinə təyinat alıb.