“Formula-1” sürət həvəskarlarına müjdə: Türkiyə Qran-prisi təqvimə qayıtdı!
Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” üzrə 2027-ci il mövsümünün tam təqvimini dərc edib. Yeni mövsüm 24 mərhələdən ibarət olacaq və onlardan 10-u sprint formatında təşkil ediləcək.
TodayPress TV xəbər verir ki, mövsümün açılış yarışı Bəhreyn Qran-prisi olacaq.
Təqvimdə diqqətçəkən məqamlardan biri Niderland Qran-prisinin siyahıdan çıxarılmasıdır. Həmçinin Barselona Qran-prisi təqvimdə yer almayıb - növbəti mövsümdən etibarən bu mərhələ Belçika ilə növbəli şəkildə keçiriləcək. Bunların əvəzinə təqvimə iki yeni mərhələ - Portuqaliya və Türkiyə Qran-priləri əlavə olunub.
Azərbaycan azarkeşləri üçün əlamətdar olan Bakı yarışı (Azərbaycan Qran-prisi) 2027-ci il sentyabrın 24-dən 26-dək baş tutacaq.
“Formula-1”in 2027-ci il mövsümünün cədvəli:
12-14 mart: Saxir, Bəhreyn
19-21 mart: Ciddə, Səudiyyə Ərəbistanı
2-4 aprel: Melburn, Avstraliya
9-11 aprel: Suzuka, Yaponiya
16-18 aprel: Şanxay, Çin
30 aprel - 2 may: Mayami, ABŞ
21-23 may: Monreal, Kanada
18-20 iyun: Portiman, Portuqaliya
2-4 iyul: Silverstoun, Böyük Britaniya
9-11 iyul: Şpilberq, Avstriya
23-25 iyul: Spa, Belçika
30 iyul - 1 avqust: Budapeşt, Macarıstan
3-5 sentyabr: Monsa, İtaliya
10-12 sentyabr: Madrid, İspaniya
24-26 sentyabr: Bakı, Azərbaycan
1-3 oktyabr: İstanbul, Türkiyə
8-10 oktyabr: Sinqapur
22-24 oktyabr: Ostin, ABŞ
29-31 oktyabr: Mexiko, Meksika
5-7 noyabr: İnterlaqos, Braziliya
18-20 noyabr: Las-Veqas, ABŞ
3-5 dekabr: Lusail, Qətər
10-12 dekabr: Yas-Marina, Əbu-Dabi
Namiq HUN