Qayıdışdan razı qalan Louson: “Montsada da xal qazanmaq istərdim”

Qayıdışdan razı qalan Louson: “Montsada da xal qazanmaq istərdim”
16.09.2026 15:15 İdman

“Red Bull” komandasının pilotu Liam Louson, biləyindən zədə alan İsak Hacarı əvəzlədikdən sonra göstərdiyi nəticələr barədə fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə “F1oversteer” məlumat yayıb.

 Yeni zelandiyalı sürücü keçirdiyi son yarışlardan razı qaldığını bildirib:

“Çıxışlarımla fəxr edirəmmi? Düşünürəm ki, hə. Sadəcə hər həftəsonunun imkanlarından maksimum yararlanmağa çalışırdım. Düzünü desəm, hələ bütün bunlar başlamazdan əvvəl də bu bolidlə idarəetmədə çətinlik yaradacaq çoxlu məqamların olacağını bilirdim.

Ona görə də mümkün qədər yaxşı hazırlaşmağa çalışdım. Düzü, son bir neçə həftə çox gərgin keçdi. Zənnimcə, qarşıdakı həftə də eyni tempdə olacaq. Yəqin ki, yenidən hər iki bolidlə işləməyə hazırlaşmalı olacağam. İndi sadəcə çox gərgin dövrdür və mən hər şeyi bir araya toplamağa çalışıram. Amma hər şey yaxşıdır. Əlbəttə, Montsada da xal qazanmaq istərdim, amma ümumilikdə son üç həftəsonunun mənim üçün çox yaxşı keçdiyini düşünürəm”. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər