Pulsuz transfer bombalandı: “Ayaks” “Tottenhem”in keçmiş dayağını heyətinə qatdı

Pulsuz transfer bombalandı: “Ayaks” “Tottenhem”in keçmiş dayağını heyətinə qatdı
16.09.2026 12:50 İdman

Mali millisinin yarımmüdafiəçisi İv Bissuma karyerasını Niderland çempionatında davam etdirəcək.

TodayPress TV xəbər verir ki, Amsterdamın “Ayaks” klubu “Tottenhem”in sabiq futbolçusunun transferini rəsmən açıqlayıb.

2022-ci ildən “Tottenhem”də çıxış edən və ötən yay müqavilə müddəti başa çatdıqdan sonra London klubunu tərk edən Bissuma amsterdamlıların heyətinə azad agent statusunda qoşulub. Dayaq yarımmüdafiəçisi ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Ayaks” keçirdiyi 6 turdan sonra 13 xalla Niderland çempionatının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Komanda lider PSV-dən 3 xal geridə qalır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər