Şevçenko Olimpiya Oyunları ilə bağlı sərt mövqe sərgilədi

İdman

26.12.2025 11:21

Kiyev “Dinamo”sunun sabiq hücumçusu, hazırda Ukrayna Futbol Assosiasiyasının prezidenti olan Andrey Şevçenko Rusiyanı dəstəkləyən bütün ölkələrin Olimpiya Oyunlarından kənarlaşdırılmalı olduğunu bildirib.

TodayPress TV xəbər  verir ki, bu barədə Dagens Nyheter nəşri məlumat yayıb. 

O, bu mövqeyini beynəlxalq təzyiqin gücləndirilməsinin vacibliyi ilə əsaslandırıb. 

“Rusiyanın tərəfini tutan bütün ölkələr bu münaqişə davam etdiyi müddətdə kənarlaşdırılmalıdır. Biz eyni vaxtda bütün cəbhələr üzrə təzyiq göstərməliyik”, - deyə Şevçenko mövqeyini bildirib. 

Qeyd edək ki, 11 dekabr tarixində Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarusdan olan idmançıların gənclər yarışlarında iştirakına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib. 

Namiq HUN

TodayPress TV

tag: Andrey Şevçenko,Ukrayna,Futbol,Olimpiya Oyunları,Todaypress.tv,