Rabyo: “Bu “Milan”la çempion olmaq asan deyil”
İdman
25.12.2025 16:45
“Milan” klubunun yarımmüdafiəçisi Adriyen Rabyo A Seriyasının cari mövsümündə komandasının çempionluq ambisiyaları barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.
“Hazırkı komandamızla çempion olmaq çətindir, çünki heyətdə böyük qələbələr təcrübəsi olan futbolçular azdır. “Milan” üçün əsas hədəf ilk dördlükdə yer almaqdır və biz bunu bilirik. Amma şəxsən mən daha artığını istəyirəm. Əgər mövsümü 10 ballıq səviyyədə keçirmək imkanı varsa, 6-7 balla kifayətlənmək olmaz.
Mən “Milan”dakı digər oyunçulara deyirəm ki, bizdə çempion düşüncəsi olmalıdır və mümkün qədər yuxarıya can atmalıyıq. Mənim kimi təcrübəli futbolçuların vəzifəsi daha az təcrübəsi olan komanda yoldaşlarına qələbənin necə xoş hiss olduğunu anlatmaqdır.
Mənim tatuajım yoxdur, amma skudetto qazansaq, tatuaj etdirə bilərəm. Bu, çox vacib bir tatuaj olardı. Mən hər addımı atmadan əvvəl çox düşünən insanam. Bəli, çempion olsaq, belə bir tatuaj barədə düşünə bilərəm”, - deyə Rabyo bildirib.
Qeyd edək ki, “Milan” cari mövsümün 15 turundan sonra İtaliya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Namiq HUN
tag: Adriyen Rabyo,Milan,Klub,Çempion,Todaypress.tv,
