Qol epizodları daha dəqiq yoxlanılacaq
İdman
23.12.2025 09:00
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) qol vurulmazdan əvvəl topun meydançanı tərk edib-etmədiyini müəyyən etməyə imkan verən yeni texnologiyanı test edir.
TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
“Out of Bounds” adlanan bu innovativ sistem bu ay Qətərdə baş tutan Qitələrarası Kubokun üç oyunu zamanı sınaqdan keçirilən bir neçə texnoloji yenilikdən biri olub.
Bundan əlavə, FIFA ofsaydların baxış xətti üzrə daha sürətli və vizual şəkildə müəyyənləşdirilməsi üçün “Real-time 3D Recreation” texnologiyasının istifadəsini genişləndirib. Sistem çərçivəsində video köməkçi hakim (VAR) və televiziya tamaşaçıları üçün iki virtual yayım mövcuddur ki, onlar hər iki qapıçının baxış bucağını əks etdirir.
Yeni texnologiyalar FIFA tərəfindən “Hawk-Eye Innovations” şirkəti ilə birgə hazırlanıb. Hələlik bu yeniliklərin gələcəkdə milli çempionatlarda tətbiq olunub-olunmayacağı məlum deyil.
Namiq HUN
tag: FİFA,Qol,Epizod,Yoxlama,Todaypress.tv,
