“Qarabağ”ın aparıcı futbolçularından biri komandadan gedə bilər!

“Qarabağ”ın aparıcı futbolçularından biri komandadan gedə bilər!
10.11.2026 12:25 İdman

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Ağdam təmsilçisindən ayrılmaq niyyətindədir.

TodayPress TV “Sport24.az”a istinadən xəbər verir ki, monteneqrolu futbolçu yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.

Bildirilir ki, Yankoviç hətta qış transfer pəncərəsində də “Qarabağ”ı tərk etmək istəyir.

Klub rəhbərliyi münasib təklif alacağı təqdirdə futbolçunun satışını nəzərdən keçirəcək. Buna səbəb yarımmüdafiəçinin müqaviləsinin gələn ilin yayında başa çatmasıdır.

Yankoviçə vətəninin, Türkiyənin və Bolqarıstanın bir sıra klublarının maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, Marko Yankoviç Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” ilə səfər matçında komanda yoldaşı Mateus Silva ilə mübahisə edib. Baş məşqçi Qurban Qurbanov hər iki futbolçunu cəzalandırıb. O, oyunçuları qarşılaşmanın fasiləsində əvəzləyib, növbəti turda “Turan Tovuz”la görüşdə isə meydana buraxmayıb.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən “Qarabağ”ın formasını geyinir.

Namiq HUN

XƏBƏR LENTİ
10 NOYABR 2026
Bütün Xəbərlər