Prezident Kubokunun qalibi “Elit” komandası oldu
Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən üzrə 12-ci Prezident Kuboku turniri başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) məlumat yayıb.
Final qarşılaşmasında “Elit” komandası “Polad”ı 3:2 hesabı ilə məğlub edərək Prezident Kubokunun qalibi olub.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə “Sərhədçi” komandası “Embawood” üzərində 2:1 hesablı qələbə qazanıb.
Namiq HUN