Premyer Liqada bazar dəyəri partlayan futbolçular

İdman

23.12.2025 17:45

“Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.

TodayPress TV AZƏRTAC-a istinadən xəbər verir ki, siyahıda yer alan ilk 10 futbolçudan 9-u “Qarabağ” klubunun üzvüdür.

Reytinqə Kabo-Verde millisinin yarımmüdafiəçisi Leandro Andrade başçılıq edir. Onun bazar dəyəri 500 min avro artaraq 3 milyon avroya yüksəlib.

Andradeni 2,5 milyon avro göstəricisi ilə Nəriman Axundzadə və braziliyalı Kadi Borges izləyir. Hər iki futbolçunun dəyəri yarım milyon avro artıb.

Premyer Liqada çıxış edən ən dəyərli 10 futbolçu

1. Leandro Andrade (“Qarabağ”) – 3 milyon avro

2. Nəriman Axundzadə (“Qarabağ”) – 2,5 milyon avro

3. Kadi Borges (“Qarabağ”) – 2,5 milyon avro

4. Mateuş Koxalski (“Qarabağ”) – 2 milyon avro

5. Toral Bayramov (“Qarabağ”) – 1,8 milyon avro

6. Aleksey Kaşuk (“Qarabağ”) – 1,8 milyon avro

7. Pedro Bikalyo (“Qarabağ”) – 1,5 milyon avro

8. Emmanuel Addai (“Qarabağ”) – 1,5 milyon avro

9. Elvin Cəfərquliyev (“Qarabağ”) – 1,5 milyon avro

10. Timoteuş Puxaç (“Sabah”) – 1,5 milyon avro

Namiq HUN

TodayPress TV

tag: Premyer Liqa,Bazar Dəyəri,Qarabağ,Klub,Todaypress.tv,