Oynamadan milyonlar qazanan futbolçu klubla vidalaşdı
İdman
23.12.2025 09:10
“Milan” klubu və belçikalı hücumçu Divok Oriqi mövcud müqaviləni vaxtından əvvəl ləğv ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər arasındakı anlaşma 2026-cı ilin iyun ayınadək qüvvədə idi.
Oriqi 2023-cü ilin may ayından bəri “rossoneri”nin heyətində meydana çıxmayıb. O, 2023/24 mövsümündə icarə əsasında İngiltərənin “Nottingem Forest” klubunda çıxış edib. Daha sonra isə “Milan”ın əsas heyət planlarından tamamilə kənarda qalan 30 yaşlı futbolçu fərdi qaydada məşq edib.
Buna baxmayaraq, hücumçu ildə təxminən 4 milyon avro maaş almaqda davam edib. Bu məbləğ hətta yayda “Milan”a qoşulan və illik 3,5 milyon avro qazanan yarımmüdafiəçi Luka Modriçdən də yüksək olub.
Qeyd edək ki, Divok Oriqi 2022-ci ildə “Milan”a transfer olunmuş və klubla dörd illik müqavilə imzalamışdı.
Namiq HUN
tag: Milan,Klub,Müqavilə,Ləğv,Todaypress.tv,
