Leböf: “Skamyada oturmaq üçün Madridi seçməyə dəyməz”

İdman

26.12.2025 09:15

Fransa millisinin sabiq futbolçusu Frank Leböf “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmerin “Real Madrid”ə mümkün transferi barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Goal nəşri məlumat yayıb. 

“Əgər sən Koul Palmersənsə, doğrudanmı “Real Madrid”də oynamaq istəyirsən? Harada oynayacaqsan? Orada Cud Bellinqem və bir çox digər futbolçular var. Düzgün seçim etməlisən. İki dəfə düşünməlisən. Yaxşı, mən dünyanın ən yaxşı klubunda oynamaq istəyirəm - bəlkə də “Real Madrid” həqiqətən dünyanın ən yaxşı klubudur - amma sən oynamaq istəyirsən, ehtiyat oyunçular skamyasında oturmaq yox. Bunun mənası yoxdur.

Şöhrət baxımından, bəlkə də “Çelsi”dən “Real Madrid”ə keçmək daha yaxşı görünür, amma mən artıq buna əmin deyiləm. Hazırda “Real”da gördüklərimiz ən yaxşı səviyyə deyil. Bəlkə də onlar geri qayıdacaqlar, çünki bu böyük klubdur, amma indi yox - burada söhbət tarixdən gedir, indiki zamandan yox”, - deyə Leböf  Koul Palmerin perspektivlərini dəyərləndirib. 

Qeyd edək ki, 23 yaşlı Koul Palmer cari mövsümdə Premyer Liqada meydana çıxdığı 7 oyunda 2 qol vurub. 

Namiq HUN

TodayPress TV

tag: Frank Leböf,Koul Palmer,Çelsi,Klub,Todaypress.tv,