Kahveciyə yeni komanda tapmaq tövsiyə olundu
“Fənərbağça” klubu futbolçu İrfan Can Kahveci ilə bağlı qərarını açıqlayıb.
TodayPress TV yerli KİV-lərə istinadən xəbər verir ki, klubun məşqçilər heyəti 30 yaşlı yarımmüdafiəçini mövsümün ikinci yarısı üçün heyətdə görmür.
Futbolçuya özünə yeni komanda tapması tövsiyə edilib.
Qeyd edək ki, Kahvecinin Super Liqa klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər davam edir.
Bundan əlavə, “Fənərbağça”da Cenk Tosun və Rodriqo Bekao da əsas komandadan uzaqlaşdırılıb.
Namiq HUN