İtaliya əfsanələri bir arada — Bacco və Sinner
İdman
25.12.2025 11:08
“Böyük dəbilqə” turnirlərinin dördqat qalibi, dünyanın ikinci raketkası olan italiyalı tennisçi Yannik Sinner eyni təyyarədə İtaliya yığma komandasının sabiq futbolçusu Roberto Bacco ilə ölkəsinə səfər edib.
TodayPress TV xəbər verir ki, birgə fotonu Bacco şəxsi sosial şəbəkə hesabında paylaşıb.
“Bu fenomeni yenidən görmək hər zaman xoşdur”, - deyə Bacco paylaşımında yazıb.
Xatırladaq ki, Roberto Bacco 1993-cü ildə “Qızıl top” mükafatının sahibi olub. O, iki dəfə İtaliya çempionu adını qazanıb: 1994/1995 mövsümündə “Yuventus”un, 1995/1996 mövsümündə isə “Milan”ın heyətində.
Yannik Sinner isə 2025-ci ildə Australian Open və Uimbldon turnirlərinin qalibi olub, həmçinin ATP İlin Yekun Turnirini, Paris “Masters”ini, eləcə də Vyana və Pekin turnirlərini qazanıb. Buna baxmayaraq, italiyalı tennisçi ili dünya reytinqinin birinci pilləsində başa vura bilməyib.
Namiq HUN
tag: Bacco,Sinner,Futbol,Tennis,Todaypress.tv,
