İran futbolunda qalmaqal: “Traktor”a ağır sanksiya

İdman

25.12.2025 12:11

“Traktor” futbol klubu ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirmək cəzası ilə üzləşib.

TodayPress TV xəbər verir ki, bu barədə İran Futbol Federasiyası qərar qəbul edib. 

Qurumun İntizam Komitəsinin sərt sanksiyasına Təbrizin Səhənd stadionunda “Traktor”la “Persepolis” arasında keçirilən kubok matçında baş verən insidentlər səbəb olub.

Qərara əsasən, “Traktor” klubu 3 milyard tümən (təxminən 100 min manat) məbləğində cərimələnib. Həmçinin klubun 12 nəfər lider azarkeşinə 6 ay müddətinə stadiona giriş qadağası qoyulub. Bundan əlavə, yeni mövsümdə ölkə kubokunda “Persepolis”ə qarşı keçiriləcək oyunda da azarkeşlərin stadiona buraxılmayacağı bildirilib.

Qeyd edək ki, 1/16 final mərhələsinin qarşılaşmasında əsas və əlavə vaxt heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə Təbriz təmsilçisi “Persepolis”i 9:8 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Namiq HUN

TodayPress TV

tag: Traktor,İran,Qələbə,Futbol,Todaypress.tv,