“Həqiqəti, yalanı və cəfəngiyyatı danışmaq onun haqqıdır"
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti əfsanəvi futbolçu Romarionun onun istefaya göndərilməsi ilə bağlı çağırışına münasibət bildirib.
TodayPress TV “Globo” nəşrinə istinadən xəbər verir ki, Romario yığmanın, xüsusilə də 2026-cı il dünya çempionatındakı nəticələrindən narazı qalaraq italiyalı mütəxəssisin vəzifəsindən azad edilməsini tələb edib.
Ançelotti isə sabiq futbolçunun fikirlərinə belə cavab verib:
“Bu, söz azadlığıdır və demokratik ölkədə hər kəs öz fikrini bildirmək hüququna malikdir. Romario da öz mövqeyini ifadə edib. Hər kəs həqiqəti, yalanı və ya cəfəngiyyatı söyləməkdə sərbəstdir. Amma həqiqət budur ki, Romario həddindən artıq çox danışır. Bu da onun hüququdur.
Hazırda Braziliya millisində futbolçuların və taktiki sxemlərin sınaqdan keçirildiyi mərhələdir. Yeni oyunçuları yoxlayırıq. Nəticələrimizdən məmnunuq, baxmayaraq ki, bütün futbolçuların adlarını ayrı-ayrılıqda sadalamaq istəmirəm.
Biz həmişə yaxşı futbol oynamaq istəyirik. Lakin eyni zamanda yeni oyunçuları sınaqdan keçirmək, heyəti yeniləmək və tam hazır komandaya sahib olmaq mümkün deyil. Hamımız hesab edirik ki, düzgün istiqamətdə irəliləyirik. Seçdiyimiz yola böyük inamımız var və bu istiqamətdə davam edəcəyik”.
Namiq HUN