“Leykers”in lideri hamını təəccübləndirdi: taktikanı özü qurdu!

“Leykers”in lideri hamını təəccübləndirdi: taktikanı özü qurdu!
16.11.2026 11:26 İdman

“Los-Anceles Leykers”in basketbolçusu Luka Donçiç NBA-nın müntəzəm mövsümündə “Finiks Sans”la qarşılaşma zamanı maraqlı addımı ilə diqqət çəkib. Sloveniyalı oyunçu matçın fasilələrindən birində özü taktiki kombinasiya hazırlayıb.

TodayPress TV xəbər verir ki, Donçiç dördüncü periodun sonlarında baş məşqçinin köməkçisi Lindsi Hardinqə yaxınlaşaraq ondan taktiki planşet və marker götürüb. Daha sonra stulun üzərinə əyilərək oyun sxemini özü çəkməyə başlayıb. Həmin vaxt komandanın baş məşqçisi Cey Cey Redik və Hardinq basketbolçunun hərəkətlərini izləyiblər.

Maraqlı epizod qarşılaşmanın başa çatmasına üç dəqiqə qalmış, “Leykers”in 122:114 hesabı ilə öndə olduğu vaxt yaşanıb. 

Qeyd edək ki, görüşün əvvəlki dəqiqələrində Los-Anceles təmsilçisinin üstünlüyü 31 xala qədər yüksəlib.

“Leykers” matçı 131:123 hesabı ilə qazanaraq ardıcıl qələbələrinin sayını səkkizə çatdırıb.

Donçiç qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. O, 43 xal toplayıb, 3 ribaund və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər