Mikayıl Cabbarov iqtisadiyyatımızın hesabatını verdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov 2026-cı ilin ilk 10 ayında Azərbaycanın qeyri-neft-qaz ixracının 20 faizdən çox artaraq 3,6 milyard dollara çatdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazir bu barədə Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı danışıb.
Onun sözlərinə görə, 2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, qeyri-neft-qaz ixracının həcmi 2018-ci illə müqayisədə 2,5 dəfə artacaq.
Cabbarov bildirib ki, cari ilin 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 3,6 milyard dollar təşkil edib. İxracın 61 faizini sənaye məhsulları təşkil edib.
Nazir qeyd edib ki, ilin yekununda Azərbaycanın qeyri-neft-qaz mal ixracının həcminin 4,2 milyard dolları ötəcəyi gözlənilir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov
Milli Məclisin plenar iclası
qeyri-neft-qaz ixracı
TodayPress TV