İran səfirliyindən ABŞ zabitlərinə açıq təhdid: “Sizi tapacağıq”

İran səfirliyindən ABŞ zabitlərinə açıq təhdid: “Sizi tapacağıq”
16.11.2026 11:48 Dünya

İran ABŞ Prezidenti Donald Trampın Tehranı yüksək vəzifəli amerikalı rəsmilərə sui-qəsd cəhdləri ilə bağlı xəbərdar etməsindən cəmi bir gün sonra iki ABŞ Hərbi Dəniz Qüvvələri zabitini tapmaqla hədələyib.

TodayPress TV xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. 

Məlumata görə, İranın Cənubi Afrikadakı səfirliyi sosial şəbəkə hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Spruance esminesinin komandiri və icraçı direktorunun kimliyini açıqlayaraq, onların fotosunu “Sizi tapacağıq” qeydi ilə paylaşıb.

357 günlük Yaxın Şərq əməliyyatından qayıdan hərbi gəmi ABŞ-ın İrana qarşı döyüş əməliyyatlarında iştirak edib. Esmines əməliyyatlar zamanı onlarla Tomahawk qanadlı raketi buraxıb, həmçinin hava və dəniz təhdidlərinin qarşısının alınmasında rol oynayıb.

Məlumatlara görə, Tramp administrasiyasının bir neçə yüksək vəzifəli rəsmisi mümkün təhlükələr səbəbindən qorunan mənzillərə köçürülüb.

Tehranın hədəsinə Vaşinqtonun hansı addımla cavab verəcəyi isə diqqət mərkəzindədir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər