Millimiz qrupu zirvədə başa vurdu, indi yeni mərhələ gözləyir!

Millimiz qrupu zirvədə başa vurdu, indi yeni mərhələ gözləyir!
16.11.2026 10:13 İdman

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turu çərçivəsində növbəti qarşılaşmalar baş tutacaq.

TodayPress TV xəbər verir ki, A, B, C və D liqalarında ümumilikdə 10 oyun keçiriləcək.

A Liqasının 2-ci qrupunda Almaniya Niderlandla, Yunanıstan isə Serbiya ilə üz-üzə gələcək.

Azərbaycan millisinin də mübarizə apardığı D Liqasının 2-ci qrupunda isə Litva yığması doğma meydanda Lixtenşteyni qəbul edəcək. 

Qeyd edək ki, bu görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi qrupu birinci pillədə başa vuracaq.

Xatırladaq ki, növbəti mövsümdən etibarən UEFA Millətlər Liqasında D Liqası ləğv ediləcək. Azərbaycan millisi də daxil olmaqla, hazırda bu liqada çıxış edən komandalar yeni formatda C Liqasında mübarizə aparacaqlar.

UEFA Millətlər Liqası

Qrup mərhələsi

16 noyabr

VI tur

A Liqası

2-ci qrup

23:45. Almaniya – Niderland

23:45. Yunanıstan – Serbiya

B Liqası

1-ci qrup

23:45. İsveçrə – Şotlandiya

23:45. Şimali Makedoniya – Sloveniya

C Liqası

3-cü qrup

19:00. Farer adaları – Moldova

19:00. Qazaxıstan – Slovakiya

4-cü qrup

21:00. İslandiya – Lüksemburq

21:00. Estoniya – Bolqarıstan

D Liqası

1-ci qrup

23:45. Cəbəllüttariq – Malta

2-ci qrup

21:00. Litva – Lixtenşteyn


Namiq HUN

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər