Sabah hava dəyişəcək

Sabah hava dəyişəcək
16.11.2026 13:10 Sosial

Noyabrın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

TodayPress TV xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava müşahidə edilsə də, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 7-9, gündüz 12-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət isə 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gecə və səhər bəzi yerlərdə yağıntı olacaq, dağlıq ərazilərdə qar yağacaq. Ayrı-ayrı ərazilərdə duman müşahidə ediləcək.

Bölgələrdə havanın temperaturu gecə 4-8, gündüz 12-16 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər